hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Azərbaycan Türkiyəni Rusiyadan “alır” 

Azərbaycan Türkiyəni Rusiyadan “alır” 

Türkiyə cari ilin yanvar-mart aylarında Rusiyadan aldığı qazın həcmini kəskin azaldıb.

Cebhe.info xəbər verir ki, bu rəqəm əvvəlki 7917 milyard kubmetrdən 4522 milyard kubmetrə qədər azalıb.

Bu göstərici son 10 ildə ən minimal rəqəmdir. Türkiyə həm də Azərbaycandan aldığı qazın artırılması müqabilində Rusiyadan alınan təbii yanacağın həcmini azaldır. Həmçinin diversifikasiya (kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması - red.) imkanlarından istifadə edir.

Xatırladaq ki, iki ölkənin lideri 8 apreldə görüşüb. Ancaq tərəflər Rusiya qazının qiyməti ilə bağlı razılığa gələ bilməyb. Putin bu məsələdən danışarkən "Suallar və problemlər var", - deyib.

Bildirib ki, Türkiyə başqa formada israr edir. "Qazprom" isə başqa həll variantı təklif edir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3840