hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Azərbaycan turizmi milyardları buna görə uduzur

Azərbaycan turizmi milyardları buna görə uduzur

Polşanın turizmdən əldə etdiyi gəlir 6,4 faiz artaraq 16,8 milyard dollara çatıb. 

Turistlərin ən çox getdikləri şəhərlər isə Varşava, Krakov, Vrotslavdır.

Bəs Azərbaycanda turizm necə inkişaf edir?

Sözügedən məsələni Cebhe.info-ya şərh edən turizm sahəsi üzrə ekspert Çingiz İsmayılovun sözlərinə görə, ölkəmizin turizm şəraiti əlverişli olsa da, onun turizmini inşaf tarixi, coğrafi mövqeyi oxşar olan ölkələrin turizmi ilə müqayisə etmək lazımdır:

“Bununla yanaşı turizm industriyasının (qida, ərzaq qiymətləri, tibb xidməti, nəqliyyat və s.) inkişaf səviyyəsi də xüsusi önəm kəsb edir. Yəni turistlər getdiyi yerlərin təhlükəsiz, qida ehtiyatının ucuz olmasını istəyirlər. Azərbaycanda da turizm inkişaf edir. Ancaq biz turizm industriyasında rəqabətin güclənməsini nəzərə alaraq müvafiq addımlar atmalıyıq ki, ölkəmiz turizm sahəsində öndə olsun. Bunun üçün də ölkədəki turizm şəraitini hərtərəfli təhlil edib tədbirlər görmək lazımdır. Bu tədbirlər kampaniya xarakterli olmamalı, ilboyu aparılmalıdır”.

Ekspertin sözlərinə görə, ilboyu hazırlıqlar turizmə əlveriş olan bütün ölkə ərazisində aparılsa, ölkədə turizm daha da inkişaf edər:

“Əgər belə təhlillər aparılmasa, biz rəqabətdə uduzacayıq. Hazırda biz rəqabət turizm sahəsində rəqabət baxımından əlverişli şəraitdə deyilik.

Əli Bədirli
Cəbhə.info


Oxunma sayı: 573