hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Azərbaycan-Türkiyə münasibətləri böyük əhəmiyyət kəsb etməkdədir” - Xələf Xələfov

"Azərbaycan-Türkiyə münasibətləri böyük əhəmiyyət kəsb etməkdədir” - Xələf Xələfov

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox böyük əhəmiyyət kəsb etməkdədir”.

Cebhe.info xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin davamlı, sabit və uzunmüddətli olmasında iki ölkənin prezidentlərinin müstəsna rolu var: “Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etməsini yüksək qiymətləndiririk. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir”.

Cebhe.info


Oxunma sayı: 1629