Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gedib? - Nazirlikdən açıqlama

Xəbər verdiyimzi kimi, Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı xəbər yayıb.
"Azərbaycandan gələn təyyarə boş olmayıb, Rüstəm Muradovla birlikdə Ermənsitana Azərbaycan-Türkiyə nümayəndə heyəti də gəlib. Missiya Mehri dəhlizi ilə bağlı məsələnin müəyyənlışdirilməsidir. Başqa sözlə desək, yeri öyrənməkdir”,- deyə məlumatda bildilib.
Cebhe.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib:
“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətəuyğun deyil”.
Cebhe.info
Oxunma sayı: 2608