hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Azərbaycan Universiadada 5-ci medalını qazanıb

Azərbaycan Universiadada 5-ci medalını qazanıb

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan 5-ci medalını qazanıb.

"Report"un məlumatına görə, taekvoçu Patimat Abakarova bürünc medala sahib olub.

53 kq çəki dərəcəsində mübarizə aparan Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Lakin finala gedən yolda Cənubi Koreya təmsilçisj onun eçün keçilməz olub - 0:1.

Qeyd edək ki, daha əvvəl atlet Nazim Babayev 3 təkanla tullanma, idman gimnastı Marina Nekrasova dayaqla tullanma hərəkətində qızıl, cüdoçu Hidayət Heydərov (73 kq) fərdi mübarizədə gümüş, komandanın özü isə bürünc medala yiyələnib.

Cebhe.info


Oxunma sayı: 452