t Azərbaycan və Çin ticarət dövriyyəsini 67%-ə qədər artırıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycan və Çin ticarət dövriyyəsini 67%-ə qədər artırıb

Azərbaycan və Çin ticarət dövriyyəsini 67%-ə qədər artırıb

2019-cu il ərzində Azərbaycan və Çin arasında ümumi dəyəri 2 184 194 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 873 947,08 min dollar və ya 66,7% çoxdur.

2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 6,56%-nə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Çinə icracının həcmi 752 162,63 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 638 589,17 min dollar və ya 6,62 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Çindən idxalı isə 1 432 031,37 dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri iə müqayisədə 235 357,91 min dollar və ya 19,67% çoxdur.

Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83%-nə, idxaldakı payı isə ümumi idxalın 10,48%-nə bərabərdir.

Cebhe.info


Oxunma sayı: 1409