hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycan və Ermənistan danışıqlara başlayır: Vaxt açıqlandı

Azərbaycan və Ermənistan danışıqlara başlayır: Vaxt açıqlandı

Azərbaycan və Ermənistan arasında Zəngəzurda yaranmış vəziyyətlə bağlı danışıqlar bu gün davam etdiriləcək.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan tərəfinin dünən gecə Zəngəzur və Göyçə vilayətində bəzi hərəkətliliyi müşahidə olunub. Ancaq erməni tərəfinin müdaxiləsindən sonra bunun qarşısı alınıb”, - deyə nazirlik iddia edib.

Bildirilib ki, 16 may səhər saatlarında bölgədə vəziyyət stabil qalıb. Nazirlik iddia edib ki, Azərbaycan Ordusu 3 istiqamətdə mövqe hərəkətliliyinə cəhd edib: "Vəziyyət stabildir. Danışıqlar bu gün yerli vaxtla saat 14:00-da yenidən başlayacaq".

Xatırladaq ki, Azərbaycan Ordusu sərhədlərin müəyyənləşdirilməsi prosesi çərçivəsində 3,5 km irəliləyib və Qaragöl yaxınlığında mövqe tutub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4335