hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Azərbaycan və Gürcüstan tərəfi görüşəcək

Azərbaycan və Gürcüstan tərəfi görüşəcək

Sentyabr ayının sonunadək Bakı və Tbilisi Azərbaycan-Gürcüstan dövlət sərhədinin razılaşdılmamış sahələrinin delimitasiya və demarkasiyası üzrə ekspertlərin görüşünün ikinci mərhələsini keçirəcək.

Bunu xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

“İş davam edir. Sentyabrın sonunadək ekspertlər görüşünün ikinci mərhələsini keçirəcəyik. Görüşün yekunlarına dair Tbilisidə delimitasiya və demarkasiya üzrə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsinə dair qərar qəbul edəcəyik”, - deyə X.Xələfov “İnterfaks-Azərbaycan”a bildirib.

Onun sözlərinə görə, 19-23 avqust tarixlərində keçirilən eksperlətin ilk görüşündə tərəflər ayrı-ayrı hissələrə birgə baxış keçiriblər.

Cebhe.info


Oxunma sayı: 518