hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Azərbaycan və Rusiya arasında RƏQABƏT: Kim birinci olacaq?

Azərbaycan və Rusiya arasında RƏQABƏT: Kim birinci olacaq?

“Azərbaycan ilə Rusiya arasında əsl rəqabət gedir. Avropanın cənubuna qazı birinci kim çatdıracaq?”

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya Avropanın qaz bazarında faktiki inhisarçı mövqedədir, ancaq Moskva Avropanın cənubunu qazla təmin etmək məsələsində Azərbaycandan geri qalmaq istəmir:

“TANAP layihəsinin ikinci hissəsinin açılış mərasimi noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində keçiriləcək. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimə Azərbaycan Prezidenti İlham Əliyevi və Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı dəvət edib.

Ərdoğan bu mərasimdən təxminən bir ay sonra, yanvarın əvvəlində bu dəfə Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət edəcək. Bu dəfə iki lider “Türk axını” boru kəmərinin açılışını edəcəklər. Türkiyənin rolu artır. Qardaş ölkə həm Azərbaycan, həm də Rusiya qazını Avropaya çatdıracaq. Önəmli olan sağlam rəqabətin təmin olunmasıdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2102