hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Azərbaycan və Rusiya energetika nazirlərinin görüşü keçiriləcək

Azərbaycan və Rusiya energetika nazirlərinin görüşü keçiriləcək

İyulun 2-3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı, Azərbaycan və Rusiya energetika nazirləri Pərviz Şahbazov və Aleksandr Novakın iştirakı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans keçiriləcək.

Cebhe. info-nun xəbərinə görə, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Konfrans zamanı dünya energetikasının inkişafı və energetika sektoru üçün əsas beynəlxalq siyasi risklər, dünya bazarında neftin qiymətinin kəskin azalması, OPEC+ razılaşmasının gələcəyi və digər məsələlər müzakirə olunacaq.

Konfransın ilk günü Energetika naziri Pərviz Şahbazovun, ikinci günü isə Energetika nazirinin müavini Samir Vəliyevin çıxışı nəzərdə tutulur.

Xatirə
Cebhe. info


Oxunma sayı: 826