hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq Rusiyanın maraqlarına cavab vermir" - POLİTOLOQ

"Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq Rusiyanın maraqlarına cavab vermir" - POLİTOLOQ

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı Azərbaycana və Türkiyəyə qarşı təxribatlara cəlb etmək planını etiraf edib.

Cebhe.info-nun məlumatına görə, Paşinyan bu barədə Fransanın “Libération” qəzetinə müsahibəsində belə deyib.

“Rusiya Ermənistanın strateji tərəfdaşıdır, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədridir. Biz Azərbaycanın və Türkiyənin bölgədəki hücum hərəkətlərini dayandırmaq üçün Rusiyanın daha fəal və konkret addımlar atmasını gözləyirik.

Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri və bütövlükdə beynəlxalq ictimaiyyət bu səylərdə ona kömək etməlidir”, -Paşinyan bildirib.

Ermənistan hökuumətinin rəhbəri eyni addımı Fransadan da gözlədiyini söyləyib.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanla müttəfiq olsa da, Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq Rusiyanın maraqlarına cavab vermir.

Ona görə də Paşinyanın qarşıdurma yaratmaq niyyəti baş tutmayacaq:

“Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, bu müharibə Ermənistan ərazisində baş vermir. Bu bəyanat Ermənistanın siyasi rəhbərliyinə bir mesaj olmalıdır. Ümumiyyətlə, Ermənistan cəmiyyətinin böyük hissəsi və erməni siyasətçilər vəziyyəti adekvat qiymətləndirə bilmir. Rusiya nə edə bilər? Rusiya Azərbaycana, yoxsa Türkiyəyə qoşun yeridəcək? Nə üçün? Putin də, Lavrov da deyib ki, çalışarıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Rusiya cəmiyyətində artıq belə fikirlər səslənir ki, nəyə görə bizim övladlarımız başqalarının müharibəsində həlak olmalıdır. Digər tərəfdən, Rusiya nəyə görə Ermənistanı üstün tutmalıdır? İllər boyu onlar belə düşünüblər ki, Rusiya qeyd-şərtsiz Ermənistanı dəstəkləyəcək. Ya da Ermənistan hansısa ölkələrin torpaqlarını işğal edəcək, Rusiya da gəlib onların yanında yer alacaq. Artıq Rusiya regiondakı yeni maraqlarının fərqindədir. Kremldə anlayırlar ki, Ermənistanı dəstəkləsə, Azərbaycanla düşmən olacaq və nəticədə, Rusiyanın bölgədəki bir çox maraqları təhlükə altına düşəcək. Rusiya öz maraqlarını yəqin ki, qurban vermək niyyətində deyil. Əgər Rusiyanın başqa planı olsa idi, bu ilk günlərdən özünü büruzə verərdi və Azərbaycana təzyiqlər göstərərdi. Amma bu baş vermədi. Ona görə də Paşinyan özü yaranmış vəziyyəti anlayaraq erməni xalqını da başa salmalıdır.

O bildirməlidir ki, geosiaysi və geostrateji vəziyyət dəyişilib. Ermənistan güclə ayaq üstə dayanan ölkədir. Bizə görə heç kim öz maraqlarını qurban verməyəcək. Hətta Fransanın da mövqeyində dəyişiklik müşahidə olunur. Fransa prezidenti iİlk günlər bəyanatlar verirdi, deyirdi ki, biz erməni xalqının yanındayıq. İndi haradadır o bəyanatlar? Bir neçə gündən sonra Fransanın xarici işlər naziri, sonra isə Makronun özü bəyan etdi ki, biz Minsk Qrupunun həmsədriyik, vasitəçilik prinsipini pozmaq düzgün deyil. Artıq Fransa başa düşür ki, həmsdər ölkə kimi birtərəfli qaydada Ermənistanı dəstəkləsə, o zaman gərək Minsk Qrupunu tərk edə. Yəni Fransa regiondakı maraqlarını korrektə etmək istəmir. Ona görə də Paşinyanın dedikləri boş sözlərdir. Rusiya nə üçün Türlkiyə ilə qarşıdurmaya getməlidir? Əgər Rusiya indiyə qədər bunu etməyibsə, bundan sonra nə üçün etməlidir? Türkiyə işğalçılıq siyasəti həyata keçirib? Yoxsa Rusiyaya qarşı hərbi platsdarm qurur? Bu suallara heç Ermənistan rəhbərliyi özü cavab verə bilmir. Rusiyanın özünün vəziyyətə geniş nəzarət imkanları var. Rusiyanın peyk stansiyaları var. Həmin peyklər vasitəsilə Rusiya Müdafiə Nazirlyinin komanda idarəetmə mərkəzləri prosesləri izləyə bilər. Onlar çox gözəl bilirlər ki, kimin atəş açdığı, əraziyə muzdluların gəlməsi barədə Ermənistanın yaydığı məlumatların yalan olduğunu gözəl bilir. Paşinyan öz problemləri ilə məşğul olsun. Paşinyan əvvəllər Rusiyanın beş rayonu qaytarmaq barədə təkliflərinə məhəl qoymadı. İndi Rusiyadan nə istəyir? Ona görə də onun istədikləri reallaşmayacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6832

Bizim Telegram səhifəmizi izləyin