hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana TƏLƏB

Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana TƏLƏB

Azərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüsü ilə Türkiyədəki 30 qeyri-hökumət təşkilatı birgə Bəyanat qəbul edib. Bəyanatda işğalçı Ermənistanın təcavüzü, onun Azərbaycanla cəbhə bölgəsindəki təxribatları, Türkiyəyə qarşı ərazi iddiaları, saxta soyqırım tələbləri qətiyyətlə pislənilir, bunlara son qoyulmasına çağırılır.

Cebhe.info-da daxil olan bəyanatda deyilir:

"Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi gərginlik yaşanır. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbiçiləri şəhid olur, yaralanır, mülki əhalinin yaşadığı məntəqələrə ziyan dəyir, dağıntı və təlafatlar baş verir. Belə bir mürəkkəb vaxtda Azərbaycana ilk dəstək Türkiyə dövlətindən, türk xalqından gəldi. Təqdirəlayiq haldır ki, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Türkiyənin ali siyasi rəhbərliyi və xalqı Azərbaycanın haqq işində onun yanında olduğunu qətiyyətlə bəyan etdi.

İşğalçı Ermənistan, onun riyakar siyasi rəhbərliyi və xaricdən bu prosesləri qızışdıran erməni diasporu və lobbisi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə problemlər yaradır. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini quran, sonradan Qarabağ və ətraf əraziləri işğal edən ermənilərin Türkiyəyə, Gürcüstana qarşı saxta soyqırım və ərazi iddiaları bu dövlətin, onu yönəldənlərin nə qədər məkrli siyasət yürütdüklərinin göstərir. Artıq iki əsrə yaxındır ki, bölgədəki bütün millətlərə (türk, kürd, yəhudi, talış, tat, ləzgi və s.), dinlərin nümayəndələrinə (müsəlman, xristian və s.) nifrət bəsləyən, onlara fəlakətlər gətirən və soyqırımlar törədən ermənilərin hümanizm və insan haqlarından danışması riyakarlıqdır. Ermənistanın təcavüzünə qarşı dünyanın aparıcı demokratik dövlətlərində soydaşlarımızın təşkil etdikləri dinc etiraz aksiyalarına terrorçu erməni təşkilatlarının bilavsitə iştirakı ilə edilən hücum və zorakılıqlar qarşı tərəfin münaqişənin dinc yolla həllində maraqlı olmadığını bir daha göstərdi.

Bütün bunları nəzərə alaraq biz – aşağıda imza atan Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının rəhbərləri Ermənistandan beynəlxalq hüquqa və insan haqlarına hörmətlə yanaşmağı, işğalçı qoşunlarını Qarabağ və ətraf rayonlardan çıxarmağı, Azərbaycana qarşı təcavüzü dayandırmağı, saxta soyqırım tələblərindən, Türkiyəyə və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyi, xarici ölkələrdə yaşayan türk və müsəlmanlara qarşı illərdir davam edən terror və zorakılıqları dərhal dayandırmağı tələb edirik!"

Bəyanatı aşağıdakı QHT-lər imzalayıb:

1. Müasir İnkişaf İctimai Birliyi
2. Anka Der
3. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
4. Osmanlı Diriliş Xalq Hərəkatı
5. Türkiyə Müxbirlər Dərnəyi
6. İç Anadolu Dərnəyi
7. Voicepress Beynəlxalq Xəbər və Araşdırma Mərkəzi
8. Türkcə Danışan Benəlxalq Qəzetçilər Birliyi
9. Türkiyə Bürokratlar Birliyi
10. Şahlanış Hərəkatı
11. İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəği
12. İğdır Azərbaycan Evi dərnəyi
13. Türk Dünyası Platformu
14. Türk Dünyası Mədəniyyət və insan hüquqları Dərnəyi
15. Türk Macar Dostluq Platformu
16. Kazak Atamanları Ukrayna Partiyası
17. Kıbrıs Türk Sülh Hərəkatı
18. Bolqarıstan Türk Qadınlar Birliyi
19. Suriya Türkmən Hərəkatı
20. Türk Dünyası Başbuğ Katibliyi
21. Krıma Azadlıq Platformu
22. Ülkücü Alperen Bozqurdlar Hərəkatı Xanım təşkilatı başqanlığı
23. 7 Hilal Təşkilatı
24. Türkiyə Xanım Əlləri Dərnəyi
25. MAMAK Həvadis qəzeti
26. IĞDIR il Dərnəyi
27. Güngören Iğdırlılar Dərnəyi
28. MAMAK Muhtarlar Dərnəyi
29. Ağrı İli Tanıtım Dərnəyi
30. İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD)
31. Alper Tunga Turan Ocaqları
32. Beynəlxalq Sülh Federasiyası

Aydın

Cebhe.info


Oxunma sayı: 3829