hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Azərbaycan və Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər

Azərbaycan və Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər

Mayın 16-da Vyetnamın Kuanqnam Vilayəti Xalq Komissiyasının vitse-prezidenti Le Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə yerli turizm şirkətləri ilə görüş keçirilib.

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, görüşdə Vyetnamın Kuanqnam vilayətinin turizm imkanları barəsində təqdimat keçirilib, qarşılıqlı olaraq turist mübadiləsi barəsində müzakirələr aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən müvafiq qurumları və turizm agentlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Razılaşmada turizmlə bağlı məlumat mübadiləsi, həmçinin qanunvericilik və turizm sahəsinə aid tənzimləyici aktlar, turizm üzrə statistika, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm qurumlarının fəaliyyətinin tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Yeganə
Cebhe.info


Oxunma sayı: 243