hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycan vətəndaşları xarici ölkələrin banklarına əmanət qoya bilirmi? - EKSPERT AÇIQLAYIR

Azərbaycan vətəndaşları xarici ölkələrin banklarına əmanət qoya bilirmi? - EKSPERT AÇIQLAYIR

Pulu olan şəxslər onu əmanət qismində banklara qoya bilir.

Ölkəmizdə fəaliyyət göstərən banklarda bu sistem necədir, qanunvericilik bu haqda nə deyir.

Lakin bəzən Azərbaycan vətəndaşları pulu xarici ölkələrin banklarına qoymalı olurlar. Məlumdur ki, hər ölkənin bank mexanizmi, qanunvericik qaydaları da müxtəlif cür tənzimlənir.

Maraqlıdır, Azərbaycan vətəndaşları xarici ölkələrin banklarına əmanət qoya bilirmi? Bunun mexanizmi necədir?

Mövzu ilə bağlı bankçılıq üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya danışıb.

O bildirib ki, Azərbaycan vətəndaşları pulu qoyacağı xarici ölkələrdəki bankların qanun və qaydaları ilə tanış olmalıdırlar:

"Bizdə xüsusi məhdudiyyətlər yoxdur. Azərbaycan qanunvericiliyi azərbaycan vətəndaşı tərəfindən xarici banka əmanət, vəsait qoymağa məhdudiyyət qoymur. Vətəndaş baxmalıdır ölkədən pulu çıxardacağı üsullara. Əgər vətəndaş nağd pul çıxarırsa, bu 10 min dollardan çoxdursa, məbləği gömrükdə bəyan etməlidir. Yaxud da ki, əgər bank hesabı varsa ümumiyyətlə, heç bir məhdudiyyət yoxdur. Nəticədə bizim qanunvericilik məhdudiyyət qoymur, amma həmin ölkənin qanunvericiliyi ilə ola bilər ki, məhdudiyyətlər ola. Deyərdim ki, bəzi aparıcı ölkələrdə iri məbləğlərə məhdudiyyət qoyulub".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 617

Bizim Telegram səhifəmizi izləyin