hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Azərbaycan vətəndaşları Türkiyədə 155 mənzil alıb - Dekabr ayında

Azərbaycan vətəndaşları Türkiyədə 155 mənzil alıb - Dekabr ayında

Ötən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 155 mənzil alıb.

Türkiyə Statistika İdarəsinin verdiyi məlumata görə, bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 9 mənzil və ya 6,16 % çoxdur.

Ümumilikdə isə 2020-ci il ərzində 1 279 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin yanvar-dekabr ayları ilə müqayisədə 88 ədəd və ya 7,39 % çoxdur.

Qeyd edək ki, ötən ilin dekabr ayında Türkiyədə 4 479 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin dekabr ayı ilə müqayisədə 872 ədəd və ya 16,3 % azdır.

2020-ci il ərzində isə Türkiyədə 41 298 əcnəbi əmlaka sahib olub ki, bu da daha əvvəlki ilin dövrü ilə müqayisədə 4 669 ədəd və ya 10,16 % azdır.

Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar dekabrda 764, 2020-ci ildə isə 7 189 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Onlar ötən ay qardaş ölkədə 724, 2020-ci il ərzində isə 6 674 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar dekabrda 349 mənzil, 2020-ci il ərzində isə 3 078 mənzilə sahib olub/Report.

Cebhe.info


Oxunma sayı: 606

Bizim Telegram səhifəmizi izləyin