hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Azərbaycan Xalq Hərəkatı 2 yerə parçalandı? - İsgəndər Həmidov son qərarı açıqladı

Azərbaycan Xalq Hərəkatı 2 yerə parçalandı? - İsgəndər Həmidov son qərarı açıqladı

Yerli mətbuatda Azərbaycan Xalq Hərəkatı ilə bağlı müxtəlif xəbərlər yayılır. 

Bunlardan biri də hazırda İngiltərədə olan Qurban Məmmədovun hərəkatda olan şəxslərdən biri ilə yazışmasıdır. Qarşı tərəfin kimliyi açıqlanmayan yazışmadan bəlli olur ki, hərəkatda qruplaşma var və kimlərsə sabiq daxili işlər naziri İsgəndər Həmidovun ətrafını parçalamaq istəyir.  Adı çəkilməyən şəxslə Qurban Məmmədovun yazışmasında “təmizləmə əməliyyatına” əvvəlcə İsgəndər Həmidovun ətrafından başlamaq və daha sonra növbəni sabiq nazirə çatdırmaq nəzərdə tutulur. 

Məsələ ilə bağlı sabiq nazir İsgəndər Həmidov Cebhe.info-ya açıqlamasında belə bir yazışmanın indiki vaxtda ortaya çıxdığını anlamadığını deyib: 

“Mən də o yazışmanı oxudum. Amma belə bir yazışmanın olmasına inanmıram. O məsələyə ehtiyatla yanaşıram. Belə bir yazışma niyə birdən-birə və məhz bu vaxtı ortaya çıxdı?” 

Qeyd edək ki, ötən gün Azərbaycan Xalq Hərəkatı iki fərqli yerdə iclas keçirib. İclaslardan biri Klassik Xalq Cəbhəsi Partiyasının  digəri isə Gələcək Azərbaycan Partiyasının qərargahında baş tutub. Buna səbəb isə sabiq daxili işlər naziri İsgəndər Həmidovun hərəkatın ayrı iclasının keçirilməsini istəməsidir. Sabiq nazir bu məsələyə də toxunub. O, ötəngünkü iclasın fərqli yerlərdə təşkil olunmasının səbəbinə tam olaraq aydınlıq gətirməkdən yayınsa da, bundan sonra iclasların bir yerdə keçiriləcəyini bildirib: 

“Dünən hərəkat üzvüləri ilə görüşdük, söhbət etdik və qərara gəldik ki, iclasları bir yerdə keçirək. Ümumiyyətlə, Azərbaycan Xalq Hərəkatında vəziyyət çox yaxşı və konstruktivdir”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 13764