hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0242
  • EURO - 1.8927
  • NEFT - 37.65
  • clouds-weather

Azərbaycan xam neft ixracını artırıb

Azərbaycan xam neft ixracını artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Cebhe.info-nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 22,6% çox olub.

Bu ilin dörd ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,10% təşkil edib.

Cebhe.info


Oxunma sayı: 1365