hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Azərbaycana 2 milyard dollara yaxın qrant gəlib: Soros çox pulu Təhsil Nazirliyinə ayırıb - EKSPERT

Azərbaycana 2 milyard dollara yaxın qrant gəlib: Soros çox pulu Təhsil Nazirliyinə ayırıb - EKSPERT

"Avropa Birliyi (AB) bu il Azərbaycanda büdcə kəsrinin maliyyələşdirilməsi üçün 15 mln. avro qrant ayırmışdı. İndi Avropa Birliyi Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi üçün 13 mln. avro qrant ayırır". 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Avropa Birliyi hüquq islahatları üçün də 1,5 mln. avro qrant ayırıb:

“Bəs deyirdiniz qrant pisdir, ölkənin daxili işlərinə qarışmaqdır, nə oldu indi?” 

Ekspert bildirib ki, müstəqillikdən üzü bəri ölkəyə Qərbdən 2 mlrd. dollara yaxın qrant gəlib və bunun 1,9 mlrd. dolları dövlət və hökumət qurumlarına, hökumətə institutsional dəstəyə, dövlət-hökumət qurumları ilə birgə lahiyələrə ayrılıb: “Sorosun fondu ən böyük qrantı , təqribən 15 mln. dolları vaxtilə Təhsil Nazirliyinə ayırmışdı". 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 958