hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycana dəstək aksiyası keçirilib - Niderlandda

Azərbaycana dəstək aksiyası keçirilib - Niderlandda

Niderlanddakı Azərbaycan diasporu Haaqada Niderland Parlamentinin yaxınlığında icazəli aksiya keçirib.

Cebhe.info xəbər verir ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Niderlandda azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada diaspor təşkilatlarının üzvləri və üzv olmayan soydaşlarımız iştirak edib. Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib. Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, terror aktları nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Cebhe.info


Oxunma sayı: 2157

Bizim Telegram səhifəmizi izləyin