hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Azərbaycana gələn turistlər daha çox xərcləyirlər - ŞƏRH

Azərbaycana gələn turistlər daha çox xərcləyirlər - ŞƏRH

“Gürcüstana gedən 2 turistin məsrəfi Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Orta hesabla Azərbaycanda hər turist 798 dollar, Gürcüstanda isə 447 dollarlıq büdcəni məsrəf edir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb:

“Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib ki, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur. Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Bu o deməkdir ki, Gürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib. İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar. Halbuki Azərbaycan Gürcüstana gələn turistlərin yarısını belə cəlb edə bilsə, onda bu sektordan gəlirlərimiz ən azı 2 dəfə arta bilər. Amma əksinə proseslər gedir, belə ki, Azərbaycanda xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur.

Odur ki, hökumətə təklif edirəm ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmazsa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün isə ilk növbədə xüsusilə də xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı və keyfiyyət də yüksəldilməlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1376