hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycana idxal edilən kərə yağı üçün 5 faiz gömrük rüsumunun müddəti 2 il uzadılıb

Azərbaycana idxal edilən kərə yağı üçün 5 faiz gömrük rüsumunun müddəti 2 il uzadılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, Azərbaycana idxal olunan kərə üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılıb.

Başqa sözlə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə Azərbaycana idxal edilən kərə yağı üçün  idxal gömrük rüsumunun məbləği 15 faizdən 5 faizə endirilib və bu müddət bu il dekabrın 31-də başa çatırdı. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kərə yağı üçün  idxal gömrük rüsumunun məbləği yenidən 15 faiz olmalı idi. Nazirlər Kabinetinin son qərarı ilə bu müddət 2021-ci il dekabrın 31-dək uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən kərə yağı üçün gömrük rüsumu 15 faiz deyil, 5 faiz olacaq.

Cebhe.info


Oxunma sayı: 584