hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Azərbaycana işləmək üçün gələnlərin 60 faizinə icazə verilir - NAZİR

Azərbaycana işləmək üçün gələnlərin 60 faizinə icazə verilir - NAZİR

Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda mətbuat konfransı keçirilir. 

Cebhe. info xəbər verir ki, Əmək və Əhalinin  Sosial Müdafiəsi naziri Sahil Babayev konfransda BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə bağlı məsələyə toxunub. O deyib ki, ölkəmizə üz tutan əməkçi miqrantların hüquqları Azərbaycanda olan əməkçilərin hüquqları ilə bərabərdir: 

"Sevindirici haldır ki, bugünkü müzakirədə 55 ölkənin vahid bloku iştirak edir. Ölkəmizdə olan əməkçi miqrantlar iqtisadiyyatın bütün sahələrində aktivdirlər. Hər il müraciət edənlərin 60 faizinə əmək icazəsi verilir. Ümid edirəm ki, bu təminat gələcəkdə də genişlənəcək". 

Alçina Amilqızı 
Cebhe info


Oxunma sayı: 2146