hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Azərbaycana qarşı daha bir erməni təxribatı: İrəvan separatçılardan dəstək gözləyir

Azərbaycana qarşı daha bir erməni təxribatı: İrəvan separatçılardan dəstək gözləyir

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan təxribatçı hərəkətlərini davam etdirir. 

Düşmən bu dəfə ideoloji sahədə təxribat törətmək niyyətindədir.  

Ermənistan paytaxtı İrəvanda 6-7 dekabrda “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” konfransı keçiriləcək.

Konfrans İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası və Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə keçirilir. Elan edilib ki, toplantının keçirilməsində məqsəd “Azərbaycanda tarixi saxtakarlığın elmi faktlarla üzə çıxarılması”dır.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, İranşünas Vardan Voskanyan bildirib ki, Ermənistanda tarixi faktlara əsaslarla bölgədəki yerli xalqların keçmişini təqdim etmək üçün təşkil edilən hər hansı elmi, akademik tədbir azərbaycanlılar tərəfindən hiyləgər addım adlandırılır.

Sözün həqiqi mənasında hiyləgər erməni professor deyir: “Lənkəranda, ləzgilər və avarların yaşadığı ərazilərdə belə konfranslar təşkil edin və dəvət olarsa, biz də iştirak edəcəyik və yerli xalqlar haqqında dəqiq tarixi və təhrif olunmamış faktları təqdim edəcəyik”.

Voskanyanın fikrincə, Azərbaycan tərəfindən hər hansı bir reaksiya sübut edir ki, “azlıqların bu ölkədə problemləri vardır” və “onlar Azərbaycan dövləti üçün problem yaradırlar”. “Bu gün tez-tez cəmiyyətləri barışa hazırlamasından danışılır: “Bu konfranslar vasitəsi ilə öz iradəsindən asılı olmayaraq Azərbaycan Respublikası tərkibinə daxil olunmuş yerli xalqlarla biz məhz bu sülh mühitini qururuq”. 

Ermənilər bu cür “elmi konfransları” bir neçə dəfə təşkil ediblər. Lakin o “konfrans”a separatçı, xain Əlikram Hümmətov və Zabil Mədoj kimi dönüklərdən başqa kimsə getməyib. Çünki ermənilərin nə istədiyi aydındır. Haylar onları Qafqaza köçürüb yerli xalqların başına bəla etmiş ağalarından öyrəndiyi “parçala, hökm sür” siyasətini aparırlar. Azərbaycanı bölüb parçalamaq, xalqları üz-üzə qoymaq məqsədi güdürlər. Məlumdur ki, ermənilərin bədnam “dənizdən dənizə Böyük Ermənistan” planı var. Plana əsasən, Qara dənizdən Xəzərə qədər “Böyük Ermənistan” qurulmalıdır. Hazırkı 3 milyonluq (rəsmi rəqəmlərə görə, faktiki ölkədə 1 milyondan bir qədər çox insan yaşayır-müəll.) Ermənistan demək olar ki, mono-etnikdir. Bu cırtdan ölkədə ermənilərdən başqa ikinci millət yaşamır. Deməli, hər hansı bədnam “Böyük Ermənistan”da da başqa millətlərin yaşaması nəzərdə tutulmur. Onlar üçün türk, talış, ləzgi fərq etmir- təkcə türklər yox, bütün müsəlmanlar düşməndir. Onların utopik planlarını, gələcəyə hesablanmış bəd niyyətlərini kənara qoyaq. Tarix ermənilərin Qafqazın avtoxton xalqlarına qarşı qəddar davranışlarını unutmayıb. 1905, 1918-ci il türk-müsəlman qırğınları zamanı azğınlaşmış erməni hərbi dəstələri türklərlə yanaşı, ləzgiləri, talışları da qılıncdan keçirib, uşaq, qadın, qoca demədən hər kəsi qətl ediblər. Lənkəranın, Qusarın, Qubanın yaşlı sakinlərinin xatirələrində o dəhşətli günlər hələ də yaşayır. Bakı qırğınları tarixin yaddaşına keçib. O dəhşətli günlərdə ermənilər türk, talış, tat, ləzgi ayrımı qoymadılar. Hər kəsi qılıncdan keçirdilər. Balıq yaddaşlı xainlərin nəzərinə çatdıraq ki, ermənilər bu gün də bu xalqları bir-birindən ayırmır, hər birinə nifrət edir. 1988-ci ildə başlanan Ermənistan-Azərbaycan müharibəsi zamanı ölkəmizin bütün xalqları xain düşmənə qarşı birlikdə mübarizə apardı. Qarabağ savaşında yüzlərlə türk, talış, ləzgi, tat, saxur və digər millətlərin nümayəndələri şəhid oldu. Azərbaycan xalqı onların hər birinin xatirəsini əziz tutur. Xalqımız düşmənini, dostunu yaxşı ayırd etməyi bacarır.

Bu gün Azərbaycanda qonşu dövlətlərin hamısından daha tolerant bir cəmiyyət qurulub. Azərbaycan multikulturalizmi bölgəyə, dünyaya örnəkdir. Azərbaycanda bütün azsaylı xalqların ana dilində təhsil, KİV yaratmaq hüququ var. Bütün etnik qrupların mədəniyyət mərkəzləri fəaliyyət göstərir. İbtidai  siniflərdə Azərbaycan dili ilə yanaşı digər dillər də tədris olunur, öyrədilir. Bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da yer alır. Hər kəsə aydın olan həqiqətləri görməyən, görmək istəməyən yalnız Ermənistandır. Küçə inqilabı ilə hakimiyyətə gəlmiş hazırkı rejim özünü “demokratik iqtidar” kimi qələmə versə də, ortada faktlar var. Ermənistan monoetnik dövlətdir. Bu şovinist dövlət ötən əsrin 80-ci illərində bütün qeyri-erməniləri ölkədən qovub. 200 min azərbaycanlı ilə yanaşı kürdlər, aysorlar, ruslar ölkəni tərk edib. İrəvan onların hüquqlarını tanımaq niyyətində deyil.

Konfransı planlayan hiyləgər erməni ideoloqları məsələni Qarabağ nizamlanmasına gətirib çıxarır.  Vartan Voskanyan deyir: “Düşünürəm ki, talışlar və ləzgilər, avarlar Ermənistana  və erməni xalqına əlverişli olan sülhə və şəraitlərə razıdırlar, çünki əslində bu millətlərlə bölüşəcəyimiz heç nə yoxdur. Beləliklə, bu elmi tədbirdir və bu işdə mədəni və xalq diplomatiyası baxımından kiçik bir töhfədir”.

Erməni professor ağ yalan danışır. Azərbaycan xalqının Qarabağ münaqişəsi ilə bağlı möqveyi qəti və birmənalıdır. Azərbaycan xalqı minlərlə türk, talış, ləzgi, yəhudi, rus, tat, kürd, saxur və digər millətlərdən olan ölkə vətəndaşlarını ölümünə, şikəst olmasına səbəb olmuş müharibənin bitməsini, ədalətli sülhün bərqərar olmasını istəyir. Azərbaycan xalqının tək istəyi ölkənin ərazi bütövlüyün bərpası, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bölgələrdən çıxmasıdır.

Sonda, ermənilər Azərbaycanda tarixi keçmişin öyərnilməsindən narahat olmasın. Sovet dövründən fərqli olaraq indi Azərbaycan adlı ölkənin, onun üzərində yaşayan xaqların tarixi obyektiv öyrənilir, bütün xalqların yaratdığı tarixi, mədəni irs gələcək nəsillərə ötürülmək üçün qorunub saxlanılır.

Tarix boyu Qafqazı ilhaq etməyə çalışan imperiyaların əlində “maşa” olmuş, öz mənafeləri üçün, yeni torpaqlar əldə etmək naminə hər kəsi satmış  ermənilər heç bir xalqa xoşbəxtlik gətirə bilməz.

Aydın 
Cebhe.info


Oxunma sayı: 1629