hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Azərbaycana qarşı gözlənilən payız PLANI 

Azərbaycana qarşı gözlənilən payız PLANI 

“Azərbaycana qarşı yenidən Avropanın bəzi mərkəzlərindən təzyiqlər başlayacaq. Bu, əsasən, Rusiyanın və Ermənistanın lobbi mərkəzləri tərəfdən idarə ediləcək. Azərbaycanın Avropanın enerji diversifikasiyasında rolu artacaq, gələn il TAP boru kəməri vasitəsilə qazın Avropaya tədarükü başlayacaq”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq payız aylarından etibarən Azərbaycana qarşı Avropada rus və erməni lobbisinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb:

“Avropa İttifaqı ilə gözlənilən ikitərəfli saziş Moskvanı ciddi narahat edir. Məhz Rusiyanın Qərbdə lobbi mərkəzləri ölkəmizə qarşı “qara piar”a başlayacaq. Qeyd edim ki, Rusiya "Şimal axını-2" vasitəsilə Avropaya qazın çatdırılmasında ABŞ-ın sanksiyaları ilə üz-üzədir. Həmçinin Rusiyanın "Cənub axını"na rəqib olan "Cənubi Qaz Dəhlizi" Rusiyanın Azərbaycana qarşı Avropada hərəkətə keçməsinə səbəb olur. Bu gün SOCAR Avropada daha da fəaliyyətini genişləndirərək, “qoca qitə”nin enerji bazarında mühim rol oynamağa çalışır. Deməli, Avropada Rusiyanın “Qazprom” və Azərbaycanın SOCAR şirkəti qaz bazarı uğrunda mübarizə aparacaq. ABŞ təbii ki, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Buna baxmayaraq, Rusiya ilə yaxın olan İtaliya, Almaniya kimi ölkələr Azərbaycanın enerji sahəsindəki fəaliyyətinin qarşısını almağa çalışa bilər. Rusiyanın lobbi qrupları bu ölkədə güclüdür və ölkəmizə qarşı mənfi siyasi kampaniya başlayacaq. Azərbaycan Avropa İttifaqı ilə ikitərfli çərçivə sazişini bağlamaqla Avropada belə bir siyasi kampaniyanın qarşısını ala bilər. Payız aylarından başlayaraq Azərbaycana qarşı Avropada Rusiya və erməni lobbisinin fəaliyyəti başlayacaq”.

Cebhe.info


Oxunma sayı: 3136