hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

2025-ci ilin sonuna Azərbaycanda nominal ÜDM-in həcmi 101,246 mlrd. manat təşkil edəcək.

Bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə uzunmüddətli proqnozlarında əks olunub.\

Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 93,032 mlrd. manat, 2023-cü ildə 95,158 mlrd. manat, 2024-cü ildə isə 97,927 mlrd. manata çatacaq. Qısamüddətli gözləntilərə görə isə, bu ilin sonunda ölkədə nominal ÜDM-in həcmi 89,496 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlara görə, Azərbaycanda 2022-ci ildə nominal ÜDM-in həcmi 86,582 mlrd. manat, 2023-cü ildə 93,186 mlrd. manat, 2024-cü ildə 98,944 mlrd. manat, 2025-ci ildə isə 103,654 mlrd. manat olacaq.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda nominal ÜDM-in istehsalı 71,589 mlrd. manat təşkil edib. 2020-ci ilin yekunlarına görə isə, ölkənin nominal ÜDM-in həcmi 72 432 mlrd. manat təşkil edib.

Cebhe.info


Oxunma sayı: 683