hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Azərbaycanda 4 gün sonra gecə 01.38-də...

Azərbaycanda 4 gün sonra gecə 01.38-də...

İyulun 17-də Bakı vaxtilə gecə saat 01:38-də 2019-cu ilin dördüncü astronomik hadisəsi – adi Ay tutulması baş verəcək. 

Oğlaq bürcünün 24-cü dərəcəsində reallaşan və Cənubi Amerikanı, Avropanı, Asiya və Afrikanı, Avstraliyanı, Antarktidanı, o cümlədən Sakit, Atlantik və Hind okeanlarını əhatə edən bu hadisə hava açıq olduğu təqdirdə Azərbaycandan da müşahidə olunacaq. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? 

Astroloq Səbuhi Rəhimli Cebhe.info vasitəsilə bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırır.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Oğlaq bürcündə olacaq. Ay bu bürcdə olanda insanların fikirləri həyatın praktik tərəflərinə yönəlir. İnsanlar öz ailə-mənzil qayğıları haqqında düşünürlər və öz fəaliyyətlərində riskə getməkdən çəkinirlər. Bu günlərdə insanların əsas məqsədi - sakitlik, səliqə-sahman və sadəliyə nail olmaqdır. Təhsildə çətinliklər yaranır. Mənəvi və intellektual maraqlar ikinci plana keçir. Ciddi, əvvəlcədən düşünülmüş işlər üçün və mütəxəssislərlə məsləhətləşmələr aparmaq üçün çox əlverişli məqamdır. Dağ işlərində və kənd təsürrüfatında perspektivlər gözlənilir. Bu dövrdə daşınmaz əmlakın alqı-satqısı, ciddi elmi işlərin aparılması çox uğurludur. Ay Oğlaq bürcündə olanda çoxlu enerji tələb edən işlərə başlamaq məsləhət deyil: maliyyə işləri, rəsmi şəxslərlə qarşılıqlı münasibətlər, ticarət və mübadilə məsələləri üçün çox əlverişsiz bir dövrdür.

Bu müddətdə dizlərin, öd kisəsinin, ilik toxumalarının həssaslığı artır. Belə vaxtlarda astroloqlar onurğa sütununu qorumağı məsləhət bilir, travmadan qaçmaq məqsədilə fiziki ağırlığı azaltmağı tövsiyə edirlər. Ay Oğlaq bürcündə olanda sınıqların sayı artır: bu vaxt sümüklər həmişəkindən daha kövrək olurlar. Bu günlərdə manual terapiya kabinetlərinə getmək arzuedilməzdir. Sınıqçı xidmətlərindən isçtifadə etmək risklidir. İmkan daxilində dişlərin çəkilməsindən və protezləmədən çəkinmək, onurğa sütununda planlaşdırılmış əməliyyatların aparılması yaxşı olardı. Mədədə əməliyyatlar aparmaq uğurludur. Ayın Oğlaq bürcündə olması insana bir-iki günlük ciddi pəhriz saxlamaq haqqında unutmaq imkanı verir. Lakin bir şeyi yadda saxlamaq lazımdır ki, bu vaxt bir çox şəxslər daha çox özlərinə qapılırlar.

Avesta təqviminə görə, tutulma Qalakəngə ayında (19 iyun-18 iyul) baş verəcək. Bu zaman kəsiyimövcud vəziyyətin aydınlaşdırılmasına, müqavilələrin bağlanmasına, sövdələşmə və izdivaclara, mənzildə təmir-quraşdırma işlərinə kömək edir.

Avesta astrologiyasında isə (Günəş təqvimi) 17 avqust 24-cü Günəş gününə düşür. Sevinc və gülüş günüdür. Lakin bu, heç də boş yerə hırıldayıb özünüzü şən göstərmək demək deyil. Damarda qanı donduran acıqlı qəh-qəhələr və bayağı zarafatlar da istisna olunmalıdır. Bu günün sevinci tam başqadır, azadlığın, müstəqilliyin dərk olunması səadətidir. Təqvimin gülüşləri, təbəssümləri keçmiş səhvlərdən, problemlərdən, narahatlıqlardan qurtulmaq deməkdir. Bu zaman insanda qələbə əzmi, sonsuz İlahi bir varlıq baş qaldırır. Belə gülüş "Mən azadam" deyir və onun nuru bütün şər qüvvələrin qarşısına sədd çəkir. İnsanlar hər şeyə sakit və yumorla yanaşmalıdır, hətta özlərinə də. Bu gün təzə paltar alıb dərhal onu geyinmək məsləhət görülür. Cırılmış libas pis əlamətdir, onu tikib-yamamaq yerinə düşərdi. Hamama getmək, saç kəsdirmək, gəzintiyə çıxmaq (xüsusən də pilləkənlə düşüb-qalxmaq) məqsədəuyğundur. Günü ev-məişət, iş qayğılarına həsr etmək yaxşıdır. Axşam, gün batandan sonra süfrə açıb şükür edin ki, bu təqvimi sağ-salamat başa vurmusunuz. Dua edin, lətifələr söyləyin, həmçinin özünüz haqqında. 
Avesta astrologiyasına görə, 24-cü Günəş təqviminin himayədarı Mantra-Spentadır (mənası: Müqəddəs Kəlam).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:
- tutulmaya tamaşa etməyin;
- tutulma saatlarında qapalı şəraitdə olun;
- uzaq səfərə və ya səyahətə çıxmayın;
- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;
- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;
- maliyyə əməliyyatlarından qaçın;
- kütlə ilə hər hansı əlaqə yaratmayın;
- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;
- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Cebhe.info
 


Oxunma sayı: 16523