hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Azərbaycanda Baş nazirin neçə müavini var?

Azərbaycanda Baş nazirin neçə müavini var?

Azərbaycan Respublikasının Nazirlər Kabinetində bir neçə baş nazir müavini kürsüsü boşdur.

Unikal.org xəbər verir ki, 7 fevral 1991-ci ildə Nazirlər Kabinetinin təsis olunması haqqında qanun imzalanıb. Bu qanuna qədər ölkədə Azərbaycan SSR Nazirlər Soveti hökumət səlahiyyətlərini icra edirdi. 1991-ci ilin 22 may tarixində imzalanan qanuna əsasən, Nazirlər Kabinetinin üzvləri təsdiq edilib. Burada baş nazirin 2 birinci müavini, 3 müavini olmaqla, ümumilikdə 5 müavin vəzifələri yaradılıb. Daha sonra isə birinci müavinlərin sayı 1-ə endirilib.

22 oktyabr 2013-cü ildə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında baş nazirin 1 birinci müavini, 5 müavini olmaqla, ümumilikdə 6 müavin təyinatı gerçəkləşdirilib. 21 aprel 2018-ci ildə isə bu barədə yeni sərəncam qüvvəyə minib. Bu sərəncamda baş nazirə 1 birinci müavin, 3 müavin olmaqla, ümumilikdə 4 müavin təyin olunub.

Hazırda baş nazirin ümumilikdə 3 müavini var. Baş nazirin birinci müavini postunu Yaqub Eyyubov qoruyub. Baş nazir müavinləri isə Əli Əhmədov və Şahin Mustafayevdir. Nazirlər Kabinetində digər baş nazir müavini kürsüləri isə boş qalıb.

Cebhe.info


Oxunma sayı: 738