t Azərbaycanda Çin avtomobilləri qadağanı pozub: Onları yollara kim buraxıb?
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Azərbaycanda Çin avtomobilləri qadağanı pozub: Onları yollara kim buraxıb?

Azərbaycanda Çin avtomobilləri qadağanı pozub: Onları yollara kim buraxıb?

Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, 2012-2014-cü illərdə gətirilən və asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulan Çin istehsalı avtomobillər yolların infrastrukturunu tamamilə məhv edib. 

Onun sözlərinə görə, həmin avtomobillər yolları yararsız vəziyyətə saldığı üçün hazırda daha çox 2015-ci il istehsalı olan Çin istehsalı avtomobillərə üstünlük verilir. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən avtomobillər 2008-2012-ci illərdə Azərbaycana gətirilib:

“O avtomobillər 2012-14-cü illərdə yox, 2008-2012-ci illərdə gətirilib ki, onlar da asfalt-beton örtüklü yollar üçün yox, tikinti əraziləri üçün nəzərdə tutulub. Çünki onların oxa düşən tonnajı müasir yol infrastrukturunda nəzərdə tutulan oxa düşən tonnajdan daha çoxdur. Onlar yol infrastrukturuna deyil, yolun örtüyünə zərər vurur, onun dağılmasına, deformasiyaya uğramasına yol açır. Həmin dövrdə o avtomobillərin hərəkəti nəticəsində belə problemlər yaranmışdı. Həmin problemlər indi də özünü biruzə verir”. 

Anar Nəcəfli həmçinin qeyd edib ki, hazırda gətirilənlər və standartlara cavab verən avtomobillər təkcə 2015-ci ildə istehsal olunanlar deyil: 

“Həmin avtomobillərin asfalt yollarda hərəkəti qadağan olunmalı idi. Amma onlar təbii ki, qadağaya baxmayaraq, müəyyən vasitələrlə avtomobil yolları ilə hərəkət edib. Bunun nəticəsində magistral yollarımızda problemlər üzə çıxıb. Hazırda gətirilənlər və standartlara cavab verən avtomobillər isə təkcə 2015-ci ildə istehsal olunanlar deyil. Ümumiyyətlə, 2012-ci ildən sonra gətirilən Çin avtomobilləri tam olaraq standartlara cavab verir. Hazırda onların hərəkətində heç bir problem yoxdur. 2008-2012-ci ildə tikinti əraziləri üçün nəzərdə tutulan yük avtomobillərini tək-tük müşahidə etmək olur, yığışdırılıb. Çindən gətirilən avtomobillər müxtəlif markalıdır. İndi istər Çin istehsalı, istər başqa ölkə istehsalı olsun standartlara cavab verən, yollarımıza zərər vurmayan avtomobillər, yük maşınları hərəkət edir”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 3510