hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Azərbaycanda da “peyvənd pasportu” veriləcək? - RƏSMİ CAVAB

Azərbaycanda  da “peyvənd pasportu” veriləcək? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz ki, yaxın zamanlarda Azərbaycanda koronavirusa qaşrı peyvəndləmə prosesinə start veriləcək.

İlk mərhələdə tibb işçiləri və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası planlaşdırılır.

Məlumdur ki, bəzi ölkələrdə “peyvənd pasportu”nun təqdimi gündəmdədir. Bu sənəd olmadan şəxsin xüsusilə xarici ölkələrə səfərində problem yarana bilər. Artıq bəzi ölkələrin müvafiq qurumları turistlərdən peyvənd olunmaya dair sənəd tələb ediləcəyini açıqlayıb.

Azərbaycanda vətəndaşın xarici ölkəyə səfəri zamanı ehtiyac yaranarsa, peyvəndlənməsinə dair təsdiqedici hər hansı sənəd veriləcəkmi?

Cebhe.info xəbər verir ki, TƏBİB peyvənd olunmuş şəxslərin cari qeydiyyatının elektron qaydada aparılacağını bildirib: “Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1552

Bizim Telegram səhifəmizi izləyin