hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Azərbaycanda daha 223 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 223 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub".

Cebhe.info


Oxunma sayı: 496