t Azərbaycanda daha bir olimpiada keçiriləcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Azərbaycanda daha bir olimpiada keçiriləcək

Azərbaycanda daha bir olimpiada keçiriləcək

FİDE bu il 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının keçiriləcəyi məkanın adını açıqlayıb.

Bu barədə qurumun saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Olimpiada bu il oktyabrın 2-dən 12-dək Azərbaycanın Naxçıvan şəhərində keçiriləcək.

Xatırladaq ki, Türkiyədə keçirilən Gənclər Olimpiadası-2019-da Azərbaycan komandası tarixdə ilk dəfə 1-ci yeri tutub. 16 xal toplayan komandamız Rusiya, Çin, Ukrayna və s. kimi ölkələri geridə qoyub.

Onu da əlavə edək ki, 2016-cı ildə Bakıda böyüklər arasında Ümumdünya Şahmat Olimpiadası keçirilmişdi.

Cebhe.info


Oxunma sayı: 903