hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanda ən bahalı və ən ucuz pul: Kim nə təklif edir? - BİZİM TƏQDİMAT

Azərbaycanda ən bahalı və ən ucuz pul: Kim nə təklif edir? - BİZİM TƏQDİMAT

Azərbaycanda fəaliyyət göstərən bankların kredit faizləri cuzi fərqlənsə də, ortalama olaraq faiz dərəcələrinin yuxarı həddi 22, aşağı həddi isə 16,9 faiz civarındadır.

Söhbət nağd kreditlərdən gedir.

Cebhe.info xəbər verir ki, pandemiya dövründə bəzi banklar nağd kredit faizlərində cuzi də olsa, endirimlər etməyə başladı.

Belə ki, nağd kreditlər üzrə faiz dərəcələri "AFB Bank"da 17 faizdən 16 faizə, "Azərbaycan Sənaye Bankı"nda 18 faizdən 16 faizə, "Bank Respublika"da 18 faizdən 16 faizə, "Bank VTB Azərbaycan"da 24 faizdən 18-22 faizə salınıb.

Hesabat ayında "BTB Bank"da lombard kreditləri üzrə faiz dərəcəsi 24,8 faizdən 22,8 faizə düşürüb.

Qeyd edək ki, ümumi olaraq ölkədə 26 bank fəaliyyət göstərir. Onlardan ən yüksək faiz dərəcəsi ilə nağd krediti “Unibank” (18-30 faiz) təklif edir.

Dövlət bankları olan Azərbaycan Beynəlxalq Bankı 20-24, “Azər-Türk Bank” isə 19-27 faizlə nağd kreditlər verir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2861