hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycanda ev heyvanları ilə bağlı ilginc qadağa

Azərbaycanda ev heyvanları ilə bağlı ilginc qadağa

Ev heyvanları saxlamaq bir çox insanların sevdiyi məşğuliyyətidir. Heyvan sahibləri bu heyvanlara xüsusi qayğı ilə yanaşır və rahatlığını təmin etməyə çalışırlar. Lakin xüsusən bina evlərində heyvanların rahatlığını düşünən insanlar bir az da qonşuluqda yaşayan sakinlərin də rahatlığını düşünsələr gözəl olar.

Çünki bir insanın hüququnun bitəcəyi sərhəd, digər insanın hüququnun başladığı yerdir. Bəzən ev heyvanlarının çıxardığı səslər qonşuluqda yaşayan sakinləri də narahat edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları təsdiq edilmişdir.

Bu qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir.

Ev heyvanlarının saxlanmasının bəzi şərtləri var:

1. Ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.
2. Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.
3. Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların ərazi baytarlıq idarələrində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.
4. Ev heyvanlarının xarici ölkəyə aparılması ərazi baytarlıq idarəsinin baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.
5. Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız baytar həkimləri tərəfindən həyata keçirilir.
Heyvanların xüsusi saxlanma şərtləri var:
1. Baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.
2. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.
3. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.
4. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.
5. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Ev heyvanı saxlayan şəxslərin bir sıra hüquqları var:
1. Heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakı hüquqlara malikdir.
2. İnsanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək.
3. İtləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq.
4. Bu qaydaların 3.1.1-ci yarımbəndinə riayət etməklə, ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq.
5. Yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək.
6. Sağlamlığını və mənşəyini təsdiq edən pasportu, baytarlıq şəhadətnaməsi, eləcə də müəssisənin müdiriyyətinin razılığı olduqda, ev heyvalarını mehmanxanada saxlamaq.
Ev heyvanı saxlanılmasında bəzi məhdudiyyətlər də var. Ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır:
1. İnsanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlanması.
2. Ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması.
3. Ev heyvanlarının ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi.
4. Baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması.
5. Şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması.
6. Ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi.
7. Sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) ev heyvanlarının gəzdirilməsi və s.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 892