hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxub: XƏSTƏXANADADIR

Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxub: XƏSTƏXANADADIR

Şamaxı Rayon İcra Hakimiyyətində koronavirusa yoluxanan şəxsin kimliyi məlumdur. Bu, başçısının müavini Elxan İbrahimovdur. Onda yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

APA-nın xəbərinə görə, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib. Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Cebhe.info


Oxunma sayı: 3576