hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Azərbaycanda indi virusun Britaniya ştammı var? -RƏSMİ

Azərbaycanda indi virusun Britaniya ştammı var? -RƏSMİ

Bütün dünyada mövcud olan və hələ də yayılmağa davam edən yeni növ koronavirusa yoluxma və ölüm halları da davam edir.

Yeni növ koronavirusla mübarizə aparmağın fərqli üsullarını axtaran dünya ölkələri artıq virusun mutasiya etmiş yeni formaları ilə qarşı-qarşıya qalıb. Britaniya ştammının daha təhlükəli olduğunu bildirən mütəxəssislər əhalini daha tədbirli olmağa və virusdan qorunmaq üçün vaksinasiya prosesində iştirak etməyə çağırıb.

Virusun mutasiya etmiş formalarına qarşı digər məlumatlardan biri də onun daha yoluxucu olduğu və azyaşlılara da təsir etdiyidir.

Maraqlıdır, Azərbaycanda virusun Britaniya ştammına yoluxan neçə nəfər var? Azyaşlıların virusa yoluxma hallarında olan artımın Britaniya ştammı ilə əlaqəsi varmı?

Cebhe.info xəbər verir ki, TƏBİB-dən bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı məlumat yoxdur:

"Bu məsələ ilə bağlı hər hansı bir məlumat olarsa, ictimaiyyətə açıqlanacaq".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 584