hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Azərbaycanda internet problem: Nazirlik ancaq öz şirkətlərinə etibar edir

Azərbaycanda internet problem: Nazirlik ancaq öz şirkətlərinə etibar edir

“Azərbaycan əhalisinin 75%-i internet istifadəçisidir. Lakin onların hamısı genişzolaqlı internet istifadəçisi deyil. Ona görə də bu qədər əhalinin internetdən istifadəsi heç də keyfiyyət göstəricisi deyil. Yəni bu 75%-in içində telefonla və ya kiçik ölçülü mobil cihazlarla da internetdən az sayda istifadə edənlər də var”. 

Cebhe.info-ya açıqlama verən “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internetin əsl keyfiyyət göstəricisinin daha çox genişzolaqlı, sürətli internet istifadəçisi ilə bağlı olduğunu deyib:

“Azərbaycan əhalisinin 75%-i internet istifadəçisi hesab olunsa da, bu statistika önəm kəsb etmir. Çünki hamı keyfiyyət göstəricisi olan genişzolaqlı internetdən istifadə etmir. Keyfiyyət göstəricisi genişzolaqlı, fiber-optik internet istifadəçisi ilə bağlı olsa da, Azərbaycanda bu sahədə problemlər var. Bu problemlər xüsusən də regionlarda özünü göstərir. Regionlarda əhalinin böyük əksəriyyəti köhnə texnologiyadan istifadə edir. Telefon xətti vasitəsilə çəkilən internetin yeni texnologiyalarla əvəzlənməsinə ehtiyac var. Yeni fiber-optik, mobil genişzolaqlı internetə keçirilməlidir. Azərbaycanda hazırda genişzolaqlı internet imkanlarından təxminən 65-70% əhali istifadə edə bilir ki, bunun da tərkibində telefon xətti üzərində qurulan genişzolaqlı internet imkanlarından istifadə edənlər var. Bu texnologiya isə dünyada artıq arxivə göndərilib. Biz fiber-optik internetin sayını artırmalıyıq. Bunula bağlı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şərait yaratmır. Nazirlik özünün iki dövlət provayderi olan “Baktelekom” və “Aztelekom” vasitəsilə bu problemi həll etmək istəyir. Ancaq 40-dək özəl provayderə bu məsələdə şərait yaradılmır”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 837