hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Azərbaycanda internet tarifləri aşağı salınacaqmı?

Azərbaycanda internet tarifləri aşağı salınacaqmı?

Mayın 8-də “Delta Telekom LTD” MMM provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib. Lakin qəbul olunmuş qərara baxmayaraq internetin vətəndaşlara satış qiymətində heç bir ucuzlaşma görünmür.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, pərakəndə satışda ucuzlaşma yoxdur:

“70% ucuzlaşma topdan satışa aid idi. Hansı ki, “Delta Telekom LTD” topdan satış edən iki provayderdən biridir. Pərakəndə satışda bu yoxdu. Bunun da səbəbləri aydındır, çünki Azərbaycan internet bazarının 50 faizə qədəri dövlət provayderlərinin əlindədir.

Dövlət provayderlərinə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəhbərlik edir. Biz dəfələrlə məsələ qaldırsaq da, nazirlik 70% qiymət endirimini özünün 2 dövlət provayderinə tətbiq etmədi. Dövlət provayderləri də ucuzlaşmanı tətbiq etmədikdə, özəl provayderlər də gözləmə mövqeyindədirlər. Hesab edirəm ki, bu məsələ nazirliyin istəyindən asılı olaraq qalıb”.

İnternetin keyfiyyət məsələsinə də toxunan Osman Gündüz bildirib ki, bunun iki səbəbi ola bilər:

Problem həm xətlərdə, həm də satış provayderlərində ola bilər. Ümumiyyətlə bizdə internetin sürəti ilə bağlı problem var. Bəzən provayderlər bilərəkdən sürəti azaldırlar.

Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayını artırmaq lazımdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi genişzolaqlı internet istifadəçilərinin sayını artırmaq üçün özəl provayderlərə şərait yaratmalıdır”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1288