hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Azərbaycanda kimlər sosial müavinət ala bilər? - QANUNDAN ÇIXARIŞ

Azərbaycanda kimlər sosial müavinət ala bilər? - QANUNDAN ÇIXARIŞ

Azərbaycanda “Sosial müavinətlər haqqında” Qanun dəyişdirilir.

Qanunun 1.0.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, 62 yaşına çatmış qadınlar; 67 yaşına çatmış kişilər; 3 və daha çox uşaq doğub 18 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 18 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar; eləcə də, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər Sosial müavinət ala bilməyəcəklər.

Qeyd edək ki, bu şəxslərə ödənilən müavinətin məbləği 130 manat təşkil edirdi.

Ümumiyyətlə, ölkəmizdə sosial müavinət almaq hüququ kimlərə şamil edilir?

“Sosial müavinətlər haqqında” Qanunla aşağıdakı müavinətlər təyin edilir:

Aylıq müavinətlər:

- Dövlət qulluqçularına ömürlük müavinət;
- Yaşa görə müavinət;
- Əlilliyə görə müavinət;
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
- Ailə başçısını itirməyə görə müavinət;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
- 3 yaşınadək uşağa qulluğa görə müavinət;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
- Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
- Beşdən çox uşağı olan qadınlara müavinət;

Birdəfəlik müavinətlər:

- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
- Uşağın anadan olmasına görə müavinət:
- Dəfn üçün müavinət.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1431