hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Azərbaycanda kompüter istehsalı artıb

Azərbaycanda kompüter istehsalı artıb

Azərbycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb.

Cebhe.info-nun məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 101,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 60,6 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,3 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 89,2 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49,0 faiz, məişət soyuducularının istehsalı isə 46,4 faiz artıb.

Cebhe.info


Oxunma sayı: 1761