hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Azərbaycanda koronavirus təhlükəsi: Dördüncü dalğa nədir və o yaxınlaşırmı?

Azərbaycanda koronavirus təhlükəsi: Dördüncü dalğa nədir və o yaxınlaşırmı?

Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşır və yoluxanların sayında azalma müşahidə olunur.

Belə ki, artıq əhalinin koronavirusa yoluxma səviyyəsində 400 nəfərlik bir azalma qeydə alınıb.

Bu sayın azalmasına səbəb kimi test sayının həmin günlər ücün azalması göstərilir. Həm də rəqəmlərlə oynanılması ilə bağlı iddialar səsləndirilir.

Xatırladaq ki, Azərbaycanda mayın 2-sində koronavirus infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mayın 3-də 418 yeni yoluxma faktı qeydə alınıb, 1 095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər isə vəfat edib.

Mayın 4-də isə koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, rəsmi rəqəmlərin bu cür manipulyasiyası və dinamikası bizi qətiyyən arxayın salmamalıdır.

“İnsanlar kütləvi şəkildə xəstəxanalara getməkdən imtina edirlər. Evdə müalicəyə üstünlük verirlər. Buna görə də biz ilk növbədə evdə ambulator müalicə alan və heç yerdə testdən keçməyən şəxsləri də nəzərə almalıyıq. Real rəqəmlər isə daha ciddi vəziyyəti göstərir. Bu gün koronavirusun üçüncü dalğasında xeyli xəstələnənlər var”.

Adil Qeybullanın sözlərinə görə, əslində vəziyyət daha ciddidir.

“Qarşıdan Hindistan ştammının və dördüncü dalğanın gəldiyini nəzərə alaraq, daha diqqətli olmalıyıq. Həm karantin qaydalarına əməl etmək, həm də vaksinasiyanın intensivləşdirilməsində bu rəqəmlərə bel bağlaya bilmərik”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 573