hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanda koronavirusa təkrar yoluxma varmı? - Baş infeksionist cavablandırdı

Azərbaycanda koronavirusa təkrar yoluxma varmı? - Baş infeksionist cavablandırdı

Koronavirusun davamlı immunitet yaratdığını, yenidən yoluxma ehtimalının olub-olmadığın təsdiqləyən dəqiq nəticələr yoxdur.

Ancaq ara-sıra bəzi ölkələrdən təkrar yoluxma ilə bağlı xəbərlər gəlir.

Bəs Azərbaycandan yenidən yoluxma halı qeydə alınıbmı?

Baş infeksionist Cəlal İsayev Cebhe.info-ya bildirib ki, hələlik Azərbaycanda belə bir hal müşahidə edilməyib, lakin koronavirusdan sonra immunitet yaranır:

"Biz bilirik ki, o birisi koronaviruslarda immunitet davamlı olur. Lakin bəzən bütün infeksion xəstəliklərdə olduğu kimi, koronavirusda da tək-tək hallarda yenidən yoluxma hadisəsi qeydə alına bilər. Demək olar ki, bütün infeksion xəstəliklərində immunitet yaranır. Amma bu immunitetin davammiyyət müddəti haqqında biz hələ dəqiq bir şey deyə bilmirik, çünki bu yeni bir infeksiya - koronavirus növüdür".

Baş infeksionist qeyd edib ki, dünya miqyasında da yenidən yoluxma halları müşahidə edilməyib.

O bildirir ki, yaranan immunitet bəlkə də davamlı qoruyur:

"Biz dəqiq deyə bilmirik ki, yaranan immunitet nə qədər müddət qoruyur. Hələ bu sahədə dünya miqyasında da dəqiq nəticələr yoxdur. Hazırda müşahidələr gedir, lakin son qərar epidemiyanın yekununda meydana çıxan nəticələr əsasında qiymətləndirilə bilər".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 5017