hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Azərbaycanda koronavirusun 1 ili tamam olur: “Bu cür davam etsə, insanlar harın və işbilməz məmurların…”

Azərbaycanda koronavirusun 1 ili tamam olur: “Bu cür davam etsə, insanlar harın və işbilməz məmurların…”

“28 fevralda koronavirusa ölkəmizdə ilk "yoluxma" halının bir ili tamam olur. 3 mart 2020-ci ildən bütün təhsil müəssisələri və bəzi sahələr bağlandı. O dövrədək cəmi 3 "yoluxma" faktı qeydə alınmışdı.

Bu gün 27 fevraldır. Dünən ölkə üzrə "yoluxma" faktı 219 nəfərdə qeydə alınmışdı.

Bir il və bu qədər fərqlə təhsil davam edir, bir çox sahələr fəaliyyət göstərir.

Ziddiyyət deyilmi?”

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.

O, martda karantin rejiminin yenidən tətbiqi barədə yayılan məlumatlara da münasibət bildirib:

“Niyə? Hansı əsasla? Ötən il 3 nəfərdə “yoluxma” faktına görə bağlanmışdı. Bu il 219 nəfərdə "yoluxma" faktı qeydə alınsa da, bağlanmadığı üçün?

Ötən il vaksinasiya olmadığı halda, bu il bu günədək 260 minə yaxın vətəndaşın vaksinasiyasının aparıldığı üçün? Ötən il test az olduğu halda, 1 il ərzində 2 milyon 600 minə yaxın vətəndaşdan test analizi götürüldüyü üçün?

Ötən il iqtisadi geriləmə olmadığı halda bu il bu hal baş verdiyi üçün?”

Ekspert digər sahələri də açmağın tərəfdarı olduğunu deyib:

“Toy və yas mərasimlərinin keçirilməsinə icazə verək. Metro və digər bağlı qalan nəqliyyat sahələri fəaliyyətə başlasın. Beləliklə, insanların rifahı, iqtisadiyyatın isə dirçəlmə mərhələsi başlansın!

Avtobuslarda 70-80 nəfər bir-birinin “ağzında” gedir. Demək olar ki, hər kəs bir-birini hər gün görməkdən artıq əməlli tanış olublar. Keçən vaxt ərzində o qədər sıxlıq olmasına baxmayaraq, heç kim də yoluxmur. Amma əmin olun ki, bu cür davam etsə, insanlar harın və işbilməz məmur qanı içib həzz almaq sindromuna yoluxacaq!”

Cebhe.info


Oxunma sayı: 1233