hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Azərbaycanda “Facebook”-a maraq niyə azalıb? - Ekspert izah edir

Azərbaycanda “Facebook”-a maraq niyə azalıb? - Ekspert izah edir

Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 17,3 faiz azalıb.

"Global Stats" statistika mərkəzinin hesabatına əsasən, noyabrın 1-nə "Facebook"-un Azərbaycanın sosial media bazarında payı 43,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,3 faiz azdır.

Cebhe.info-ya açıqlamasında media üzrə mütəxəssis Azər Həsrət buna səbəb alternativlərin çoxaldığını deyib:

“Deməzdim “Facebook”-a maraq  azalıb, sadəcə olaraq alternativlər çoxalıb. Məsələn, “YouTube”-dən indiyədək belə çox istifadə olunmurdu. Ən çox “Facebook”-dan istifadə edirdilər. Artıq “YouTube”-nin imkanları və istifadə arealı genişlənib. Ümimiyyətlə, “Twitter” və “İnstagram” kimi sosial şəbəkələrin istifadəsinin genişlənməsi “Facebook”-dan istifadəni müəyyən qədər azaldır.

Xüsusən ictimai-siyasi məsələlərlə maraqlananlar “Twitter”-ə fokuslanırlar. Digər tərəfdən “Facebook”-un istifadə mexanizmi digər sosial şəbəkələrə nisbətən mürəkkəbdir. Ola bilər ki, bununla bağlıdır. Amma ümumilikdə götürdükdə şəxsi təcrübəmdən deyə bilərəm ki, “Facebook”-a maraq azalmayıb”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 639