hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Azərbaycanda lombardların fəaliyyəti yeni qanunla tənzimlənəcək

Azərbaycanda lombardların fəaliyyəti yeni qanunla tənzimlənəcək

Lombard sektorunda olan neqativ halların çoxluğunu nəzərə alaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün "Lombardlar haqqında" qanun layihəsi hazırlanıb.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Lombardlar haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların təxminən yarısı bu aktiv fəaliyyəti davam etdirir. Aktiv fəaliyyətdə olan lombardların 250-yə yaxını fiziki şəxsləridir. Ötən il ərzində ölkədə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin məbləği 938 min manat olub. Lombardların fəaliyyətini Qanunla tənzimlənməsi ilə dövlət büdcəsinə onlar tərəfindən ödəyəcəyi vergilərin həcmi artacaq”, - Z.Səmədzadə əlavə edib.

Daha sonra "Lombardlar haqqında" qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Cebhe.info


Oxunma sayı: 353