hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Azərbaycanda maşınlar da “qocalıb” - Gömrükdə şərtlər ağır, əhalidə pul yox…

Azərbaycanda maşınlar da “qocalıb” - Gömrükdə şərtlər ağır, əhalidə pul yox…

Statiska Komitəsi ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb.

2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə - 4,2 faizə düşüb. 10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə ən yüksək həddə 77,3 faizə çatıb.

Cebhe.info xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev bu sahədə ən yaxşı vəziyyətin 2014-cü ildə qeydə alındığını deyib:

“5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib. Bu mənzərənin yaranmasında heç şübhəsiz əsas səbəb son illər kreditlə maşın almaq üçün şərtlərin pisləşməsidir. Amma digər 2 mühüm səbəbi də gözardı etmək olmaz- gömrükdə maşın idxalı üçün şərtlərin son ağırlaşdırılması (vergi yükünün kəskin artımı), əhalinin sosial vəziyyətinin devalvasiyadan sonrakı dövrdə davamlı olaraq pisləşməsidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2124