hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Azərbaycanda növbəti 3 il üçün makroiqtisadi proqnozlar açıqlanıb

Azərbaycanda növbəti 3 il üçün makroiqtisadi proqnozlar açıqlanıb

2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,0 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır.

Cebhe.info xəbər verir ki, 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatını Maliyyə Nazirliyi yayıb.

Məlumatda qeyd edilib ki, 2021-ci ildə qaz emalının kəskin artması nəticəsində neft sektorunun artımında əhəmiyyətli sıçrayış proqnozladırılır.

Bütövlükdə proqnozlara əsasən, 2023-cü ilədək ölkə ÜDM-i 97,7 milyard manata çatacaqdır. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.

2020-ci il üzrə cari əməliyyatlar balansında 2,5 milyard ABŞ dolları və ya ÜDM-in 5,2 faizi səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcəkdir. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaqdır. Ölkədən ixrac  edilən malların  həcminin ortamüddətli dövrdə orta hesabla 3,8 faiz artaraq, 21,0  milyard manata  bərabər  olacağı proqnozlaşdırılır. 

Proqnozlara əsasən, xarici ticarətdə idxalın səviyyəsi isə nisbətən daha aşağı templə (1,5faiz) artacaqdır. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə  artım  sürətinin  aşağı  düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya  səviyyəsinin qorunması gözlənilir.
Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 716