hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Azərbaycanda nə qədər itkin var? - “Qapalı sahədir...” - DİN

Azərbaycanda nə qədər itkin var? - “Qapalı sahədir...” - DİN

Son zamanlar itkin düşənlərlə bağlı məlumatlar daha çox yayılır. 

Demək olar ki, hər gün kimlərinsə itkin düşməsi xəbəri alırıq. Məsələn, noyabrın 4-ü Sabunçu rayonunda 35 yaşlı kişinin itkin düşməsi ilə bağlı xəbər yayılıb. 6 noyabrda isə Ayşən Məmmədova adlı 17 yaşlı qız itkin düşüb. O, evdən çıxıb və bir daha evə geri qayıtmayıb. 15 noyabrda 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə rəfiqəsinin evinə gedib və gecəni orada keçirib. Səhər saat 7 radələrində isə mənzili tərk edib, bundan sonra isə yeniyetmə ilə əlaqə saxlamaq mümkün olmayıb. Hadisənin səhəri 1991-ci il təvəllüdlü Aynurə Qurbanova, ondan bir gün sonra -17 noyabrda isə Bərdədən Bakıya gələn 1970 təvəllüdlü Bahar Nəsibova itkinlər siyahısına əlavə olunub. Bu siyahını istənilən qədər uzatmaq mümkündür. 

Maraqlıdır, hazırda nə qədər adam itkin kimi qeydiyyatdadir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə bildirib ki, itkinlərlə bağlı məsələ əməliyyat-axtarış fəaliyyətinə aid olduğu üçün onunla bağlı mətbuata geniş məlumat verilmir:

“Bu, bir az mətbuata açıq olmayan sahədir. Düzdür, bəzən o məlumatlar gedir, amma onun mətbuatda bu formada işıqlandırılması düzgün deyil. Mətbuatda bu barədə nə qədər az danışılsa, o qədər yaxşıdır. Qapalı sahədir, müəyyən məlumatların getməsi həmin itkinlərin axtarışında problemlər yarada bilər. Hətta qanunda da var ki, bu cür məlumatların mətbuatda yayılması məqsədəuyğun deyil. Bu, elə bir sualdır ki, istər-istəməz biz bunu araşdırmalıyıq”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 639