hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Azərbaycanda neçə Xalq şairi və yazıçısı var? – BİZİM TƏQDİMAT

Azərbaycanda neçə Xalq şairi və yazıçısı var? – BİZİM TƏQDİMAT

Prezident İlham Əliyev Xalq şairi Ramiz Rövşənə ev hədiyyə edib.

Bu barədə danışan Xalq şairi ölkə başçısına minnətdarlığını bildirib: “Gözlənilməz hədiyyələr həmişə xoşdur. Mənzil də insanı sevindirən hədiyyədir. Amma mənim üçün ən böyük hədiyyə o Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. O hədiyyəni də mənə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusu bağışladı. Bu, mənim sənətimə edilən hörmət, verilən qiymətdir. Buna görə təşəkkür edirəm”.

Qeyd edək ki, dünən Ramiz Rövşənin 74 yaşı tamam olub.

Məlumdur ki, ölkədə Xalq artisi və Əməkdar artist çoxdur. Amma ədəbiyyat sahəsində bu cür mükafatlar gec-gec verilir. Hazırda Azərbaycanda neçə Xalq şairi və yazıçısı var?

Mövzu ilə bağlı Cebhe.info araşdırmanı təqdim edir.

*Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü Məmməd Araz 1991-ci ildə Azərbaycan Xalq şairi adını alıb. Məmməd Araz eyni zamanda "İstiqlal" ordeni laureatına da layiq görülüb.

*Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın Əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991) Xəlil Rza Ulutürk 1992-ci ildə Azərbaycan Respublikasının Xalq şairi adını alıb. Xəlil Rza Ulutürk ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

*Qabil Allahverdi oğlu İmamverdiyev 1992-ci ildə Azərbaycan Respublikasının Xalq şairi adını alıb. 1949-cu ildən AYİ-nin üzvü, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

*Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçisi Billuri Hökümə 1998-ci ildə Azərbaycan Xalq şairi adını alıb.

*1998-ci ildə Xalq şairi adını alanlardan biri də Fikrət Qocayevdir.

*Nasir, publisist Söhrab Tahir 1998-ci ildə Azərbaycan Respublikasının Xalq şairi adını alıb.

*Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989) Vaqif Səmədoğlu 1999-cu ildə Azərbaycanın Xalq şairi adını alıb.

*1999-cu ildə Xalq şairi adını alanlardan biri də Cabir Novruzdur.

*Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub isə 2005-ci ildə Azərbaycan Respublikasının Xalq şairi adını alıblar.

*Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub 2019-cu ildə Azərbaycan Xalq şairi adını alıblar.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 5061