hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Azərbaycanda peyvənd olunanlara güzəşt ediləcək? – "Bu haqqda düşünəcəklər"

Azərbaycanda peyvənd olunanlara güzəşt ediləcək? – "Bu haqqda düşünəcəklər"

Bu gün Azərbaycanda koronavirusa qarşı vaksinasiya olunanların sayı getdikcə artır.

Təqribən əhalinin artıq əksəriyyətinə Çinin istehsal etdiyi “Sinovac” vaksini vurulub. Bununla yanaşı son günlər yoluxma sayındakı azalma isti havalarda maskanın ləğvi ilə bağlı məsələ hələ də aktualdır.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden belə yeni növ koronavirusa qarşı tamamilə peyvənd olunan şəxslərin maska taxmasının lazım olmadığını bildirib.

Bayden bildirib ki, "114 gündə 250 milyon doza peyvənd edilib 50 ştatdan 49-da yoluxma düşüb.

Maraqlıdır, Azərbaycanda peyvənd olunanlara hansısa güzəşt oluna bilərmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, hələlik bu məsələ gündəmdə deyil:

"Yəqin ki, gündəmə gələ bilər. Hətta ABŞ Prezidenti Co Bayden də açıqlamasında vaksin olunmuş şəxslər ilə bağlı müəyyən güzəştlərin olacağını qeyd edib.

Hesab edirəm ki, bu haqqda düşünəcəklər. Çünki vaksin olunub antikor testi müsbət olan şəxslərə konkret güzəştlər oluna bilər".

Adil Qeybulla qeyd edib ki, bəzi karantin qaydalarının yumşaldılması məqsədəuyğun olardı:

"Dünyada əgər belə bir tendensiya olsa, Azərbaycanda bundan istifadə edə bilər. Biz mümkün qədər bu karantin davranışlarına əməl etsək yaxşı olar".

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 2311