hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Azərbaycanda peyvəndə qarşı açıq kampaniya başladıldı: Binalara vərəqələri kim yapışdırır? - FOTOLAR

Azərbaycanda peyvəndə qarşı açıq kampaniya başladıldı: Binalara vərəqələri kim yapışdırır? - FOTOLAR

Sosial şəbəkələrdə Müstəqil Həkimlər Birliyi adından binaların blokalarına vərəqələr yapışdırıldığı barədə xəbərlər yayılıb.

Cebhe.info xəbər verir ki, vərəqələrdə əhaliyə vaksinasiya ilə bağlı müraciət olunur. Bildirilir ki, vaksinlər lazım olan müddətdə kliniki testlərdən keçməyib və bu səbəbdən də təhlükəsizlik standartlarına uyğun deyil.

Vaksinlərlə bağlı neqativ fikirlərin yer aldığı mətndə Azərbaycana gətirilən peyvəndlərin də təhlükəsizlik standartlarına cavab vermədiyi bildirilir. İddia olunur ki, əgər peyvəndin birinci dozası vurulubsa, ikincini vurdurmaq tövsiyə olunmur.

Vərəqələrdə iddia edilir ki, peyvəndin tərkibində olan zərərli kimyəvi maddələrin qandakı konsentrasiyası nə qədər çox olarsa, risk o qədər artır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6546